Eyfel qülləsi ziyarətçilər üçün bağlandı

23:59 | 14.06.2016
Eyfel qülləsi ziyarətçilər üçün bağlandı

Eyfel qülləsi ziyarətçilər üçün bağlandı

Fransanın Həmkarlar İttifaqları futbol üzrə Avropa çempionatının keçirilməsinə baxmayaraq, ölkədə tətilləri davam etdirir. 

"Report" TASS-a istinadən xəbər verir ki, etiraz aksiyalarına Eyfel qülləsinin işçi heyəti də qoşulub. 

Nəticədə Parisin əsas turist məkanı işçilərin tətil etməsi səbəbindən gün ərzində ziyarətçilər üçün bağlı qalacaq.

Yaxın zamanda Fransa paytaxtında, eləcə də digər böyük şəhərlərdə kütləvi etiraz aksiyaları keçiriləcək. Fransa Həmkarlar İttifaqları hökumətdən Nazirlər Kabinetinin ilin əvvəlində təqdim etdiyi mübahisəli əmək islahatından imtina olunmasını tələb edir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM