Eyni işdə nə qədər çalışmalı? - ARAŞDIRMA

18:56 | 24.02.2015
Eyni işdə nə qədər çalışmalı? - ARAŞDIRMA

Eyni işdə nə qədər çalışmalı? - ARAŞDIRMA

BBC-nin müxbiri Mariya Atanasova belə bir məqalə ilə çıxış edib. Jurnalist bir iş yerində çalışmanın müddəti ilə bağlı araşdırma aparıb və gəldiyi nəticələri qeyd edib. Məqalənin maraqlı olmasını nəzərə alıb ANN.Az oxucularına təqdim edirik:


Bəziləri bir işdə 8 ay işlədikdən sonra ayrılmağın normal olduğunu, bəziləri isə 18, 48, hətta 72 ay qalıb qabiliyyətlərini, bacarıqlarını sübut etməyinin lazım olduğunu söyləyir.
 
 
Bu mövzu ilə bağlı fərqli fikirləri almaq üçün "Quora” adlı sosial sayta müraciət etdik və rastlaşdığımız cavabları belə təsnifləşdirmək mümkündür.
 
Yeni başladığınız işdə nə qədər qalıb-qalmayacaqsınız müəyyən edən iki amil vardır: O işdə öyrəndikləriniz nə qədərdir və bu iş yerinin karyeranız üçün yarada biləcəyi imkanlar hansı səviyyədidir?
 
İşinizi 8, 18, 48 və 72 aylıq dövrlər halında dəyərləndirmə müsbət hal kimi qəbul edilə bilər. Tutarlı bir əsas olmadan yeni başladığınız iş yerindən 8 aydan  əvvəl ayrılmağınız uğursuzluq kimi qəbul edilə bilər, yaxud sınaq müddətindən və ya performans dəyərləndirməsindən keçə bilmədiyinizi göstərə bilər.
 
Ağlabatan müddət
 
Mütəxəssislər iş yerində çalışmaq üçün 18 ayın qəbul edildiyini və sosial məhdudiyyət olduğunu, sizin ən azından bir dəyərləndirmə dövrünü uğurla başa vurduğunuz mənasına gələcəyini bildirir.
 
İş bacarığının xüsusilə pis olduğuna və ya yerinizdə olduğunuza dair bir məlumat yoxdursa, dörd illik (48 ay) bir müddət sizin üçün "tam not" deməkdir. Uğurunuz davamlı yüksələn xətt üzrə yuxarı qalxmışsa, ən azından bir dəfə tərifnamə almısınızsa, onda vəziyyətiniz  yaxşıdır demək. Əgər bunların heç biri olmayıbsa, deməli, hələ daha 2 il də orada qalıb çalışa və nöqsanları aradan qaldıra bilərsən.
 
6 il müddət keçibsə, hələ də tərifnamə almamısınızsa, yaxud daha yaxşı bir layihəyəyə daxil edilməmisinizsə, bu zaman nigaran olma vaxtı gəlib. 6 il eyni vəzifədə qalmaq insanın kifayət qədər ambisiyalı, ya da motivasiyalı olmadığının göstəricisi kimi qəbul edilir. Bu müddət ərzində işdən qovulmamaq bəlkə bir nailiyyətdir, amma durum çox fərqlidir.
 
Sabitliyin əhəmiyyəti

İş yerinin sabit olması da şərtlərdən biridir. Çox istiqamətli bir ofis işində orta hesabla bir insan ən çox iki ildə hər şeyi öyrənə bilər. İşinizi çox yaxşı görürsünüzsə və tərifnamə alırsınızsa, əks təqdirdə o işdən nifrət etmədən və ya daha yaxşı bir fürsət axtarmaqla iş yerindən ayrılmaq tövsiyə edilir.
 
Qısa müddət ərizndə bir-neçə iş yeri dəyişdirmək o qədər də yaxşı qarşılanan hal deyil. Əks təqdirdə hər bir kollektivdə siz işdən tez bezən, iş yoldaşları ilə dil tapmayan, yaxud istənilən an vəzifənizin icrasını yarımçıq qoyacaq bir işçi imici qazana bilərsiniz.
 
İstisnalar da var

 
Burada da istisnalar ola bilər. "Quora”da verilən bir nümunə belədir: 8 illik təcrübəyə, oxşar təhsil səviyyəsinə malik iki namizəd eyni işə müraciət edir. Biri hər işində iki il qalaraq dörd iş dəyişdirmiş, digəri isə iki ayrı işdə dörd il çalışmışdır. Hansını seçərdiniz?
 
 Müdir daha çox sayda işdə çalışan və müxtəlif sahələrdə təcrübə toplamış namizədi seçir. Onun elastiklik, təcrübə müxtəlifliyi və uyğunlaşma qabiliyyəti nümayiş etdirdiyini düşünür.
 
Yəni bir şirkətdə uzun müddət çalışdıqdan sonra iş yerinizi dəyişdirmək istəyirsinizsə, orada konkret bir uğur qazanmağa çalışmalı, sonra yeni vəzifələrə keçmək üçün səy göstərməyə hazır olmalısınız.
 
Ürəyinizin səsini dinləyin
 
Bəziləri gördüyü işi sevmədiyi halda müəyyən bir müddət tamamlanmamış digər işə keçmək haqqında düşünməyi belə doğru hesab etmir
 
Yeni müraciət edəcəyiniz iş yerində əvvəlki işinizdən ayrılma səbəbi soruşularsa, o zaman köhnə işinizdən niyə razı olmadığınız, bu işin nə ilə fərqləndiyini izah etməlisiniz. Bu zaman güclü və özünəinamlı olduğunuzu göstərməyiniz yetərli ola bilər.

Hazırladı Nuray
ANN.Az




0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM