Eyyubov və Roqozin XTNS-da görüşdülər

20:15 | 09.10.2015
Eyyubov və Roqozin XTNS-da görüşdülər

Eyyubov və Roqozin XTNS-da görüşdülər

Bu gün XTNS-da (Xalq təsərrüfatı nailiyyətlərinin sərgisi) Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası komissiyanın iclası baş tutub.

Oxu.Az "Vestnik Kavkaza”ya istinadən xəbər verir ki, Hökumətlərarası komissiyanın Rusiya tərəfdən sədri, Rusiya Federasiyası hökumətinin sədr müavini Dmitri Roqozin son il ərzində böyük işin görüldüyünü bəyan edib.

"Bu gün gündəmdə iki ölkə arasında iqtisadi əməkdaşlıqdır. Bu yaxınlarda sənaye nazirləri arasında razılaşmanı təsdiqlədim, daha sonra sənəd baş nazirin imzasına təqdim edildi”, - Roqozin bildirib.

"Bizim ikitərəfli münasibətlərimiz yüksək səviyyədədir – həm siyasi, həm iqtisadi, həm də mənəvi planda. Bu tam olaraq bizim ölkələrin maraqlarına cavab verir. Qarşılıqlı ticarətin həcmi iki dəfə artıb, bu isə MDB üzrə ən yaxşı göstəricidir”, - Rusiya hökumətinin sədr müavini bildirib.

Dmitri Roqozin həmçinin XTNS-nın 14 saylı "Azərbaycan” pavilyonunun gələcəkdə dəyişdiriləcəyini də bildirib.  

Hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən sədri, Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov öz növbəsində qeyd edib ki, Hökumətlərarası komissiya Azərbaycan və Rusiyanın yaxın olması üçün hər şey edir.  

"Mənim xalqım və mənim prezidentim hər zaman Rusiyanın bizimlə olduğunu anlayıb. Biz Rusiyadan çox şey almışıq, və bu barədə açıq danışmaq lazımdır. Biz hesab edirik ki, Azərbaycan xalqı hər zaman ona göstərilən qayğını həmişə yaxşı və düzgün qiymətləndirib”, - deyə vurğulayan Eyyubov Roqozinə Hökumətlərarası komissiyada işinə görə təşəkkürünü bildirib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM