“Facebook” dünyanı İnternetlə təmin edəcək pilotsuz təyyarəsinin uçuşunu uğurla tamamlayıb

13:20 | 04.07.2017
“Facebook” dünyanı İnternetlə təmin edəcək pilotsuz təyyarəsinin uçuşunu uğurla tamamlayıb

“Facebook” dünyanı İnternetlə təmin edəcək pilotsuz təyyarəsinin uçuşunu uğurla tamamlayıb

Qeyd edək ki, günəş enerjisi ilə çalışan dronun öncəki cəhdi uğursuz olmuşdu və yerə çırpılmışdı.

anews.az Media24-ə istinadən xəbər verir ki, dünyanın ən nəhəng sosial şəbəkəsinin təsisçisi Mark Zukerberqin uzun zaman əvvəl təşəbbüsünü irəli sürdüyü bu dronun adı "Aquila”dır. Şirkət bu pilotsuz təyyarə ilə İnternetə çıxışı olmayan əraziləri İnternetlə təmin edərək, əlavə olaraq 4 milyarda yaxın insanın qlobal şəbəkəyə çıxışına nail olmaq niyyətindədir. 

"Aquila” hazır olan kimi günəş enerjisi ilə çalışan təyyarələr donanması dünyanın hər bir yerinə İnternet bağlantısı gətirəcək.”- deyə Zukerberq öz "Facebook” səhifəsində yazıb. Dronun ikinci uçuşu may ayında tamamlanıb. Bu dəfəki uçuş zamanı drona yeni sensorlar və pərlər qoyulub. Yeni elementlər pilotsuz təyyarənin daha rahat enişinin təmin edilməsi üçün əlavə edilib. Dron bir saat 46 dəqiqə ərzində havada olub. 910 metr hündürüyə qədər qalxa bilib.

"Aquila”nın çəkisi 450 kiloqram, qanadı isə Boeing 747 təyyarəsindən daha uzundur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM