Facebook istifadəçilərinin sayı 829 milyona çatıb

21:59 | 24.07.2014
Facebook istifadəçilərinin sayı 829 milyona çatıb

Facebook istifadəçilərinin sayı 829 milyona çatıb

Dünyada 1,32 milyard insan hər ay ən azı bir dəfə Facebook sosial şəbəkəsindən istifadə edir. Son üç ayda sosial şəbəkə istifadəçilərinin sayı 40 milyon artıb. 
Modern.az xəbər verir ki, bu barədə Facebook-un rəsmi məlumatında deyilir.
Lakin qeyd etmək lazımdır ki, auditoriyanın artım tempi bir neçə rübdür eyni səviyyədə qalır. Ötən rübdə Facebook-a 50 milyon, buna qədər isə daha 40 milyon yeni istifadəçi əlavə olunub.
Sosial şəbəkənin mobil xidmətlərindən hər ay 1,07 milyard insan yararlanır. Bu, bir il əvvəlin göstəricisindən üçdə bir dəfə çoxdur. Aylıq aktiv mobil auditoriya sayına görə tədricən servisin ümumi istifadəçilərinin sayına yaxınlaşır.
Facebook- şirkətinin gündəlik mobil əlavə istifadəçilərinin sayı iyunda 654 milyon təşkil edib. Bu, aktiv mobil auditoriyanın il ərzində 41 faiz artması deməkdir. Sosial şəbəkənin gündəlik aktiv auditoriyası ümumilikdə 19 faiz artaraq 829 milyon istifadəçiyə çatıb.
Mobil auditoriyanın aktiv artımı şirkətə fayda gətirir. Mobil texnologiyaların inkişafını şirkət rəhbəri Mark Zukerberq hazırda sosial şəbəkənin əsas prioriteti adlandırır. Şirkət sosial şəbəkənin əlavələri ilə yanaşı, “WhatsApp” və “Instagram” servislərinə sahibdir, habelə "Paper” və “Messenger” əlavələrini inkişaf etdirir.
Bundan başqa, mobil istiqamət sosial şəbəkənin biznes göstəriciləri üçün əhəmiyyət daşıyır. İlin ikinci rübündə reklam mədaxilinin 62 faizi və ya 1,66 milyard dolları mobil reklamın payına düşüb. “eMarketer” analitik şirkətinin proqnozuna görə, Facebook-un qlobal mobil reklam bazarında payı cari ilin yekunları üzrə 5,82 faizdən 7,79 faizədək artacaq.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM