"Facebook Live"-dən maraqlı YENİLİK

21:58 | 28.10.2016

"Facebook Live"-dən maraqlı YENİLİK

"Facebook Live" istifadəçiləri maraqlı yeniliklə tanış ola bilərlər. Belə ki, şirkət yeni əlavə etdiyi xüsusiyyət sayəsində "Facebook Live"-da "maska taxma" seçimini edəcək.
 
Bu yenilik də "Snapchat"-da yer alan filtrlərlə çox oxşarlıq təşkil edir. Yenilik qısa zaman üçün Halloween bayramı üçün nəzərdə tutulub. Belə ki, istifadəçilər canlı yayım etməyə başladıqdan sonra öz seçdikləri özəl maska filtrləri ilə izləyicilərinin qarşısına çıxa biləcək.

"Facebook" mart ayında "Snapchat"-da olduğu kimi video və fotolara animasiyalar əlavə edən "MSQRD" tətbiqini təqdim edən Masquerade startupını almışdı. İyul ayında da istifadəçilərə "MSQRD" köməyilə "Facebook Live" istifadə etmələrinə icazə verildi. Artıq "Facebook" öz tətbiqi içərisində yerləşdirdiyi filtrlər ilə daha çox diqqət çəkməyə başlayıb. Xüsusilə canlı yayım edərkən üzünü göstərmək istəməyən şəxslər bu yenilikdən rahat şəkildə istifadə edə biləcəklər.

Bundan əlavə Halloween bayramı mövzularını əhatə edən reaksiya düymələri ilə işi daha əyləncəli hala gətirmək mümkün olacaq. Məsələn, cadugar kimi gülə bilər, kabus kimi üz ifadənizdə təəccüb yarada bilərsiniz və s. Bu yenilik hələ ki, sadəcə ABŞ, İngiltərə, Yeni Zellandiyadakı iOS istifadəçilərinə təqdim olunacaq. Amma yaxın zamanda digər ölkələrdə də istifadəyə veriləcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM