Facebook parolunuzu təcili dəyişin

15:20 | 14.11.2013
Facebook parolunuzu təcili dəyişin

Facebook parolunuzu təcili dəyişin

Dünyanın ən böyük İT şirkətlərindən olan Adobe korporasiysının saytının haker hücumuna məruz qalmasından sonra 150 milyon istifadəçinin parol və loqinləri oğurlanıb.Həmin hakerlər indi Facebook-a hücuma keçiblər.Milli.Az Gizmodo-ya istinadən bildirir ki, Neowin-nin apardığı araşdırmalara görə, hakerlər artıq Facebook-da minlərlə istifadəçinin profillərini "sındırıb"lar."Facebook kimi çox mürəkkəb və inkişaf etdirilmiş mühafizə sisteminə malik sosial şəbəkə haker hücumlarından qorunmağa çalışır. Sosial şəbəkçə hücumlara məruz qalan profillərə girişi məhdudlaşdırmağa çalışır. Lakin profillər yenə də sındırılır. Bu səbəbdən Adobe-da parolları olan şəxslər eyni kombinasiyadan Facebook-da da istifadə edirlərsə, həmin parol mütləq, dərhal dəyişdirilməlidir", - Neowin bildirib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM