Facebook-un azərbaycanlı istifadəçiləri, ehtiyatlı olun

12:08 | 06.02.2015
Facebook-un azərbaycanlı istifadəçiləri, ehtiyatlı olun

Facebook-un azərbaycanlı istifadəçiləri, ehtiyatlı olun

Facebook sosial şəbəkəsində yeni dələduzlar peyda olub. Həmin dələduzlar istifadəçilərin dostlarının qılığına girərək borc pul alır, sonra da aradan çıxırlar.

Milli.Az xəbər verir ki, dələduzlar istifadəçinin profilinin eynisini yaradırlar. Bütün statusları və şəkilləri Facebook-un zaman yolunda eynilə yerləşdirirlər. Bundan sonra həmin istifadəçilərin dostlarına da dostluq göndərirlər. Bir müddətdən sonra "dostlar" ilə ünsiyyətə girərək kontur, bank hesabına müəyyən miqdarda borc köçürməyi xahiş edirlər. Məqsədlərinə çatdıqdan sonra isə profili bağlayaraq özlərinə yeni qurbanlar axtarırlar.

İlqar adlı Facebook istifadəçisi deyir ki, dələduzlar əsasən dostlarının və izləyicilərinin sayı çox olan istifadəçiləri hədəfə alırlar.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM