FED-in sədr müavininin açıqlamaları dolları bahalaşdırıb

13:35 | 27.08.2016
FED-in sədr müavininin açıqlamaları dolları bahalaşdırıb

FED-in sədr müavininin açıqlamaları dolları bahalaşdırıb

Dollar ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) rəhbərinin sədr müavini Stenli Fişerin Cannet Yellen dünənki açıqlamasında sentyabrda faiz artımına "açıq qapı” buraxdığını dedikdən sonra bahalaşıb.

Oxu.Az bu barədə Bloomberg-ə istinadən xəbər verir. 

Yellenin açıqlamasından öncə dekabrda FED-in uçot faiz dərəcəsini artırması ilə bağlı 55% ehtimal var idisə, çıxışdan sonra bu rəqəm 62%-ə qalxıb. Bundan sonra isə dollar bir çox valyutalar qarşısında dəyər qazanıb.

FED-in sədr müavini S.Fişer CBNC-ə müsahibəsində bildirib ki, sentyabrda uçot faiz dərəcəsinin artırılması ehtimalı var. ABŞ valyutası Yellenin Mərkəzi Bankın faizləri mərhələli olaraq artıracağına işarət etməsindən sonra düşmüşdü.

Dollar 0,5% dəyər qazanaraq avro başına 1,1224 səviyyəsinə gəlib. Yen qarşısında isə 0,9% artışla 101,39 səviyyəsinə çatıb.

Analitiklər isə bildirir ki, C.Yellenin dünənki açıqlamaları daha çox uzunmüddətli perspektivi əhatə etdiyindən dollar digər valyutalar qarşısında ucuzlaşırdı, bu gün isə sədr müavinin açıqlamaları dolları əksinə bahalaşdırır. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb