FED uçot dərəcəsini dəyişmədi

22:53 | 16.03.2016
FED uçot dərəcəsini dəyişmədi

FED uçot dərəcəsini dəyişmədi

ABŞ Federal Ehtiyat Sistemi (FES) ildə səkkiz dəfə mütəmadi olaraq keçirdiyi iclasını bu gün keçirib.
 
"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, FES uçot dərəcəsini dəyişməyərək 0.5 faizdə saxlayıb. Həmçinin, 2016-cı il üçün bir dəfə faiz artımı nəzərdə tutulub.
 
Qeyd edək ki, bundan əvvəl dekabr iclasında faizlərin uçot dərəcəsini 0.25 faiz artıran FES 2016-cı il üçün üç dəfə faiz artımı edəcəyini proqnozlaşdırmışdı.
 
Bu qərardan sonra dollar sürətlə dünyanın digər valyutalarına qarşı ucuzlaşmağa başlayıb və USD/Euro məzənnəsi 1.1070 səviyyəsindən 1.1170 səviyyəsində yüksəlib.
 
Bununla bərabər "Brent" markalı neft dolların ucuzlaşması fonunda yenidən 40 dollar həddini keçib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb