Fələstin lideri Şimon Peresin dəfnində iştirak etmək istəyir - MÜRACİƏT

18:00 | 29.09.2016
Fələstin lideri Şimon Peresin dəfnində iştirak etmək istəyir - MÜRACİƏT

Fələstin lideri Şimon Peresin dəfnində iştirak etmək istəyir - MÜRACİƏT

Fələstin prezidenti Mahmud Abbas keçmiş İsrail prezidenti Şimon Peresin dəfnində iştirak etmək niyyətindədir.

"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, dəfndə iştirak etmək üçün Fələstin tərəfi İsrailə rəsmi müraciət edib. Mahmud Abbasın istəyinə dərhal müsbət cavab verilib. Fələstin liderini dəfndə 4 yüksəkvəzifəli məmur müşayiət edəcək.

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrdindən gələcək 80-ə yaxın nümayəndə sabah səhər mərhum prezidentlə vidalaşacaq. Günorta isə Şimon Peres dəfn ediləcək.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb