Fərhad Əliyev Bakıya qayıtdı

18:27 | 20.02.2014
Fərhad Əliyev Bakıya qayıtdı

Fərhad Əliyev Bakıya qayıtdı

Həbsdən çıxandan sonra Böyük Britaniyaya yollanan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev Azərbaycana qayıdıb.

ANN.Az  “Media forum” saytına istinadən xəbər verir ki, bunu Fərhad Əliyevin yaxınları bildirib.

Yaxınları sabiq nazirin səhhətinin yaxşı olduğunu və hər hansı problemin olmadığını söyləyiblər. Bildiriblər ki, o hazırda Bakıda istirahət edir.

2005-ci ildə tutularaq 10 il müddətinə azadlıqdan məhrum edilmiş Fərhad Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilmiş qardaşı Rafiq Əliyevlə birlikdə 2013-cü il oktyabrın 14-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

Keçmiş nazir həbsdən çıxdıqdan bir müddət sonra Londona getmişdi. Londonda onun oğlu təhsil alır.

 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb