Fəzail İbrahimli 5-ci, Sabir Hacıyev 4-cü dəfə – DEPUTAT OLMAQ İSTƏYİR

10:07 | 22.12.2019
Fəzail İbrahimli 5-ci, Sabir Hacıyev 4-cü dəfə – DEPUTAT OLMAQ İSTƏYİR

Fəzail İbrahimli 5-ci, Sabir Hacıyev 4-cü dəfə – DEPUTAT OLMAQ İSTƏYİR

Hazırda 5-ci çağırış Milli Məclisin (MM) üzvü olan deputatlardan daha ikisi 6-cı çağırış parlament seçkilərinə qatılacaq.
Etikxeber.az-ın əldə etdiyi məlumata görə, son 3 çağırış MM-in üzvü olan sabiq "mütəllibovçu”-Vətəndaş Birliyi Partiyasının (VBP) sədri Sabir Hacıyev və Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədr müavini, professor, 2000-ci ildən parlamentdə təmsil olunan Fəzail İbrahimli yenidən şanslarını sınayacaqlar.

S. Hacıyev deputatı olduğu  88 saylı Göyçay seçki dairəsindən,  F. İbrahimli isə 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən namizədliklərini verəcəklər.
Eyni zamanda qeyd edək ki, F. İbrahimlinin təmsilçisi olduğu VHP-dən sədr, Xalq şairi, sabiq deputat Sabir Rüstəmxanlı və akademik, tanınmış ziyalı, parlamentin komitə sədri Rafael Hüseynovun da yenidən namizədliklərini irəli sürəcəkləri gözlənilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb