“Financial Times” qəzeti Bakıdakı İstiqlal muzeyindən yazdı

11:47 | 13.02.2015
“Financial Times” qəzeti Bakıdakı İstiqlal muzeyindən yazdı

“Financial Times” qəzeti Bakıdakı İstiqlal muzeyindən yazdı

Britaniyanın nüfuzlu "Financial Times” qəzeti Bakıda fəaliyyət göstərən İstiqlal Muzeyi haqqında məqalə dərc edib.

Məqalədə muzey binasının tarixi haqqında məlumat verilir. Qeyd olunur ki, bina 1960-cı ildə Sovet İttifaqı dövründə tikilib. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bina İstiqlal Muzeyi olaraq fəaliyyət göstərir. Muzey Azərbaycan tarixi haqqında dolğun təsəvvür yaradır. Buradakı eksponatlar ölkənin əsrlər boyu xarici təcavüzlərə mərzuz qaldığından, zəngin təbii sərvətləri ilə dünyanın diqqətini özünə cəlb etdiyindən soraq verir.

Müəllif qeyd edir ki, muzeyi ziyarət edənlər Azərbaycan həqiqətləri, torpaqlarımızı zəbt edən mənfur ermənilərin işğalçılıq siyasəti haqqında da məlumat alırlar.

Muzeydə, həmçinin İslam dünyasında ilk demokratik, parlamentar, dünyəvi respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, ölkəmizin Sovet İttifaqı dövrü, Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyəti, onun ölkəmizin müstəqillik tarixindəki əvəzssiz xidmətləri, "Əsrin müqaviləsi” və Azərbaycan tarixi üçün əhəmiyyətli sayılan digər hadisələr, dövrlər haqqında ətraflı məlumat əldə etmək mümkündür. //azertag.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM