Firəngiz Əlizadənin əsəri daxil olan albom "Grammy" mükafatına layiq görüldü

14:45 | 09.02.2015
Firəngiz Əlizadənin əsəri daxil olan albom

Firəngiz Əlizadənin əsəri daxil olan albom "Grammy" mükafatına layiq görüldü

Məşhur amerikalı skripkaçı, meqa-star Hillari Hanın Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin əsəri də daxil olan "Deutsche Grammofon” albomu ilin ən yaxşı kamera musiqisi nominasiyasında "Grammy” mükafatına layiq görülüb.

AzərTAc xəbər verir ki, "Grammy” mükafatının 57-ci təqdimat mərasimi fevralın 8-də Los-Ancelesdə keçirilib.

Azərbaycan bəstəkarlıq məktəbi tarixində Firəngiz Əlizadə bu mükafatı alan ilk bəstəkardır.

Bu sevinci jurnalistlərlə bölüşən Firəngiz Əlizadə bunu bütövlükdə Azərbaycan musiqisinin uğuru kimi dəyərləndirib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb