Fitch Ratings AccessBank-ın kredit
reytinqini BB+ səviyyəsində təsdiqlədi. Bu, Azərbaycanın suveren
reytinqi ilə eyni səviyyədədir və AccessBank ölkənin bank sektorunda ən yüksək
kredit reytinqinə malik maliyyə qurumu olmaqda davam edir. Eyni zamanda,
reytinq agentliyi Bankın dayanıqlıq reytinqini "b+” səviyyəsindən "f” səviyyəsinə
endirib. Buna səbəb rezervlərin əhəmiyyətli dərəcədə artırılmasıdır, bu addım isə,
öz növbəsində bankın kapitalına təzyiq göstərir. Bankın kapital bazasını
möhkəmləndirmək məqsədi ilə 2016-cı ilin dekabr ayında səhmdarlar kapitalın 20
milyon ABŞ dolları məbləğində (manat ekvivalentində) artmasını təsdiqlədi. Bu
prosesin 2017-ci ilin 1-cü rübünün sonuna qədər həyata keçirilməsi
planlaşdırılır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !