"Flohmarkt" - Vyananın əfsanəvi bit bazarı - FOTO

14:46 | 27.05.2016

"Flohmarkt" - Vyananın əfsanəvi bit bazarı - FOTO

Rüstəm Qasımov

Əgər siz suvenirləri, qədimi bəzəkləri və digər əntiq əşyaları sevirsinizsə, onda Vyananın məşhur "Flohmarkt" bit bazarı sizə lazım olan yerdir. Avstriyada olarkən Avropanın ən məşhur əntiq əşyalar bazarına baş çəkməmək sadəcə bağışlanmazdır. Vyanalıların sözlərinə görə, dünyaca məşhur tenor Plasido Dominqi Vyanada olarkən dəfələrlə həyat yoldaşı ilə birgə bu bazarın cərgələri arasında gəzib. 

"Flohmarkt"in ünvanı elə də çətin deyil, bura çatmaq üçün ən ideal vasitə metrodur - "Kettenbrückengasse" stansiyasından çıxanda siz bazarın düz içinə düşürsünüz. 
 
Yeri gəlmişkən bildirək ki, "Flohmarkt" ancaq cümə, şənbə və bazar günləri səhərdən 16:00-a qədər işləyir. Bu bazarda gəzərkən həqiqətən azmaq mümkündür, bazarın ölçüləri bir neçə kvartalı əhatə edir.

Bir çox hallarda vyanalılar və şəhərin qonaqları "Flohmarkt"a xəzinə tapmaq ümidiylə gedirlər. Bazardakı adam çoxluğunu görəndə başa düşürsən ki, bura təkcə vyanalıları deyil, şəhərin qonaqlarının da sevimli məkanıdır. Siz burda ürəyiniz nə istəsə, tapa bilərsiniz. Bazar boyunca düzülmüş piştaxtalarda köhnə kitablar, zərgərlik məmulatları, şəkillər, fotoapparatlar, paltarlar, məişət əşyaları və s. satılır. Vyana bazarında siz qəfildən su qiymətinə satılan həqiqi sənət əsəriylə qarşılaşa bilərsiniz. 

Elə insanlar da var ki, bu bazara sadəcə yaxşı ovqat üçün, insan arasına qarışmaq üçün gəlirlər. Burada siz küçə musiqiçilərinin ifasından da zövq ala bilərsiniz. 

"Flohmarkt"dan fotoları oxucularımıza təqdim edirik. 

Xoş seyrlər:  
 

























www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb