"Formula 1" ilə əlaqədar bağlanan yolların bir qismi bu gün açılacaq

12:42 | 20.06.2016

"Formula 1" ilə əlaqədar bağlanan yolların bir qismi bu gün açılacaq

"Formula 1" yarışları ilə əlaqədar Bakının mərkəzi hissəsində bağlanan yolların bir qismi bu gün açılacaq. 

Bu barədə Trend-ə BŞDYPİ-nin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov qeyd edib ki, bu barədə "Formula 1" yarışının təşkilat komitəsindən bildirilib: "Komitədən verilən məlumata görə, bu gün nahardan sonra "Formula 1" yarışı ilə əlaqədar Bakı Şəhər Halqası boyu kəsişmələrdə yerləşən küçələrdəki maneələr aradan qaldırılacaq. Dənizkənarı Milli Park ərazisi və Neftçilər prospektində isə hərəkətin bərpasına sabahdan başlanacaq".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb