Fotoqraf selfi çəkdirdiyi zaman onu qətlə yetirdi - Qədr gecəsində dəhşətli hadisə

11:10 | 29.05.2019
Fotoqraf selfi çəkdirdiyi zaman onu qətlə yetirdi - Qədr gecəsində dəhşətli hadisə

Fotoqraf selfi çəkdirdiyi zaman onu qətlə yetirdi - Qədr gecəsində dəhşətli hadisə

İranın cənubunda yerləşən Fars vilayətinin Kazerun rayonununda imam Məhəmməd Xorsənd soyuq silahla qətlə yetirilib.

Bunu İranın Fars vilayəti hüquq-mühafizə orqanının rəis müavini polkovnik Kavus Məhəmmədi deyib.
K.Məhəmmədinin sözlərinə görə, imam Qədr gecəsi mərasimindən geri dönən zaman mənzili qarşısında bıçaqlanıb.
İmam xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis polkovniki qatilin saxlanılması üçün əməliyyatın keçirildiyini bildirib:
"Qatil fotoqraf olub. O, ruhani ilə selfi çəkdirməyə israr edib və şəkil çəkdirərkən onu bıçaqlayıb".

Xatırladaq ki, aprel ayında İranın Həmədan vilayətində bir ruhani odlu silahla qətlə yetirilib. (Trend)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb