Fransa qəzeti: "Fransa Ermənistanı beynəlxalq hüquqa hörmət etməyə məcbur etməlidir"

15:40 | 06.07.2017
Fransa qəzeti:

Fransa qəzeti: "Fransa Ermənistanı beynəlxalq hüquqa hörmət etməyə məcbur etməlidir"

"Fransa Ermənistanı beynəlxalq hüquqa hörmət etməyə məcbur etməlidir".

anews.az Trend-ə istinadən xəbər verir ki, bunu fransalı jurnalist Anri Furkadis "Mediapart" qəzetində "Zəhra: Azərbaycan və Ermənistan arasında münaqişənin yeni qurbanı - Yerevan müqəssirdir" məqaləsində yazıb.

Müəllif qeyd edir ki, təxribatları davam etdirən Ermənistan iki yaşlı azərbaycanlı qızın və onun nənəsinin ölümündə məsuliyyət daşıyır.

A.Furkadis yazır ki, beynəlxalq hüquq normaları çərçivəsində sanksiyalar olmasına baxmayaraq, Ermənistan heç bir cəza almadan fəaliyyətini davam etdirir:

"ATƏT tərəfindən edilən ittihamlara baxmayaraq, Yerevan Dağlıq Qarabağı "erməniləşdirməyə" davam edir və regionda Azərbaycan irsinin izlərini silməklə etnik təmizləmələr aparır".

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb