Fransada ifrat sağçılar qalib gəldi

21:41 | 07.12.2015
Fransada ifrat sağçılar qalib gəldi

Fransada ifrat sağçılar qalib gəldi

Fransada dekabrın 6-da keçirilən regional seçkilərin birinci raundunda ifrat-sağçı Milli Cəbhə Partiyası önə çıxır. Düz 3 həftə öncə islamçı ekstremistlərin Parisdə törətdiyi hücumlarda 130 nəfər həlak olub.

Dekabrın 7-də açıqlanmış ilkin nəticələrə görə, Milli Cəbhə səslərin 28 faizini toplamaqla birinci yerı çıxıb, 13 regionun azı 6-da qalib gəlib.

Sağ qanad partiyaları 27 faiz, hakim Sosialist Partiyası və müttəfiqləri isə 23.5 faiz toplayıb.

10 faiz səs toplamış istənilən partiya dekabrın 13-də olacaq ikinci raunda namizədlər verir.

Sosialist Partiyası Fransanın şimalında və cənub-şərqində ikinci raunda getməyəcəyini açıqlayıb. Məqsəd Milli Cəbhə namizədlərinin qələbəsini önləməkdir. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM