Futzal millimizin rəqibləri müəyyənləşdi

20:11 | 26.09.2014
Futzal millimizin rəqibləri müəyyənləşdi

Futzal millimizin rəqibləri müəyyənləşdi

Bu gün futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Qol.Az-ın məlumatına görə, final mərhələsi Serbiyada təşkil olunacaq yarışın təsnifat və əsas seçmə mərhələlərinin qrupları müəyyənləşib.

Təsnifat mərhələsində mübarizə aparacaq 24 komanda 6 qrupa bölünüb. Azərbaycan millisi isə seçmə mərhələyə birbaşa qatılan 21 komanda arasında yer alıb. Burada isə komandalar 7 qrupa bölünüb. Bakı vaxtı ilə saat 17:00-da başlayan püşkə əsasən millimiz Ukrayna, Belçika və C qrupunun qalibi ilə eyni qrupda mübarizə aparacaq.  

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 2016-cı il fevralın 2-dən 13-dək Serbiyada keçiriləcək.

 

Təsnifat mərhələsi (13-18 yanvar 2015)

 

A qrupu: Yunanıstan, Bolqarıstan, Danimarka, Cəbəllütariq

B qrupu: Cəbəllütariq, Monteneqro, Kipr,  Uels

C qrupu: Gürcüstan, Litva, İsveçrə, Estoniya

D qrupu: Fransa, Moldova, Albaniya, San-Marino

E qrupu: Latviya, İngiltərə, Andorra, Malta

F qrupu: İsrail, Ermənistan, İsveç, Şotlandiya

 

Əsas seçmə mərhələ (17-22 mart 2015)

 

I qrup: Rusiya, Hollandiya, Bosniya və Herseqovina, E qrupunun qalibi

II qrup: İspaniya, Macarıstan, Makedoniya, təsnifat mərhələsinin ən yaxşı ikinci komandası

III qrup: İtaliya, Belarus, Polşa, B qrupunun qalibi

IV qrup: Ukrayna, AZƏRBAYCAN, Belçika, A qrupunun qalibi

V qrup: Çexiya, Sloveniya, Norveç, D qrupunun qalibi

VI qrup: Xorvatiya, Slovakiya, Türkiyə, F qrupunun qalibi

VII qrup: Portuqaliya, Rumıniya, Qazaxıstan, C qrupunun qalibi

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb