Axar.az-ın əldə etdiyi məlumata görə, artıq nazirlik şəhər daxilində sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində gediş haqqının 20 qəpikdən 30 qəpiyə, şəhərkənarı kənd və qəsəbələrə isə 40-50 qəpiyə qədər artırılması üçün Tarif Şurasına müraciət edəcək.
Müraciətin Yeni ildən sonra ediləcəyi proqnozlaşdırılır.
Bildirək ki, bir müddət öncə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov nazirliyin bu addımına səbəb kimi yeni alınan avtobusları göstərib. Onun sözlərinə görə, çəkilən xərc müqabilində 20 qəpik gediş haqqı özünü doğrultmayacaq.
Qeyd edək ki, qiymət artımı barədə məlumat hələlik rəsmən təsdiqlənmir. Tarif Şurası müraciətin Nəqliyyat Nazirliyi tərəfindən edilməli olduğunu və yalnız bundan sonra artım təklifinə baxıla biləcəyini, nazirliyin isə müraciət etmədiyini bildirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !