Gələn il üçün yaşayış minimumunun həddi müəyyənləşdi: 125 manat

14:28 | 14.11.2013
Gələn il üçün yaşayış minimumunun həddi müəyyənləşdi: 125 manat

Gələn il üçün yaşayış minimumunun həddi müəyyənləşdi: 125 manat

Ölkə üzrə yaşayış minimumu 125 manat səviyyəsində müəyyən edilib. 

Lent.az-ın məlumatına görə, bu barədə Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə “Yaşayış Minimumu Haqqında” qanun layihəsini təqdim edərkən məlumat verib.

O, deputat həmkarlarını bu qanun layihəsinə səs verməyə çağırıb.2014-cü ilin “Ehtiyac Meyarı Haqqında” qanun layihəsini isə MM-in sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli təqdim edib. Deputatın sözlərinə görə, gələn il üçün bu meyar 100 manat həcmində müəyyən edilib. Ötən illərdə isə bu göstərici 35 manat olub.Qanun layihəsi ilə bağlı çıxış edən deputat Fazil Mustafa bildirib ki, ölkədə dövlət qulluqçularının maaşları arasında böyük fərqlər var.Deputat Qənirə Paşayeva da dövlət sosial müdafiə fondunun büdcə layihəsini və digər qanun layihələrini dəstəkləyəcəyini bildirib. Q.Paşayeva özəl şirkətlərin işçilərinə verdikləri real maaşlarla sənədlərdə göstərdikləri maaşlar arasında uçurum olduğunu qeyd edib və Dövlət Sosial Müdafiə Fondunun bu məsələlərə diqqət ayırmalı olduğunu xatırladıb. O deyib ki, bu cür məsələlərin yaranmasına səbəb əmək müqavilələrinin olmamasıdır. Deputat DSMF-dan bu barədə araşdırma aparmağı və nəticələri açıqlamağı xahiş edib.Q.Paşayeva ölkədə bankomatların az olmasından da şikayətlənib. O qeyd edib ki, bankomatlarla bağlı yaradılan tenderlərə daha çox bankın qoşulmasını təmin etmək lazımdır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM