Gələn il Qarabağ danışıqlarında əsaslı addımlar atılacaq və...

10:54 | 26.12.2018
Gələn il Qarabağ danışıqlarında əsaslı addımlar atılacaq və...

Gələn il Qarabağ danışıqlarında əsaslı addımlar atılacaq və...

"Dağlıq Qarabağ probleminin həllində təkcə İrəvanla Bakının razılaşması yox, eyni zamanda, Qarabağda yaşamış azərbaycanlıların iştirakını təmin etmək lazımdır. Çünki son nəticə etibarilə bu insanlar Qarabağa köçməli və Qarabağ erməniləri ilə birgə yaşamalıdırlar. Yəni sülh planı bunu tələb edir. Ona görə də düşünürəm ki, üzümüzə gələn ildə bu istiqamətdə əsaslı addımlar atılacaq".

Bu sözləri publika.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Dağlıq Qarabağ münaqişəsinin 2019-cu ildə həll prosesinə dair fikirlərini bildirən siyasi şərhçi qeyd edib ki, Ermənistanın rəhbərliyinin cəsarəti çatsa, mütləq bu addımı atmalıdır: "Çünki bu ölkənin əsaslı problemi Dağlıq Qarabağdır. Bu problem öz həllini tapmasa, İrəvan nə iqtisadi, nə cari siyasi problemlərin öhdəsindən gələ biləcək. Erməni siyasətçilərin problemləri həll etmək iqtidarında olduqlarını deməsi isə sadəcə uydurmadır. Onlar düşünür ki, daxili məsələlərin həllini tapması Dağlıq Qarabağ probleminə də təsir göstərəcək. Lakin bu, belə deyil.
 
Ermənistan anlamalıdır ki, bu məsələ cəsarət tələb edir. Populist meydan çıxışlarını bir kənara qoyaraq real danışıqlara doğru addım atmalıdırlar. Dağlıq Qarabağ probleminin həllində təkcə İrəvanla Bakının razılaşması yox, eyni zamanda, Qarabağda yaşamış azərbaycanlıların iştirakını təmin etmək lazımdır. Çünki son nəticə etibarilə bu insanlar Qarabağa köçməli və Qarabağ erməniləri ilə birgə yaşamalıdırlar. Yəni sülh planı bunu tələb edir. Ona görə də düşünürəm ki, üzümüzə gələn ildə bu istiqamətdə əsaslı addımlar atılacaq. Qarabağ icması bu və digər şəkildə danışıqlar prosesinə qatılacaq. Düzdür, birbaşa qoşula bilməzlər. Çünki danışıqlar Bakı ilə İrəvan arasında gedir. Amma dolayı yolla prosesdə iştirak edə bilərlər".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM