Gəncədə “CinemaPlus” açıldı: Amerika popkornu, VİP salon və “Ekipaj” filmi - FOTOLAR

12:10 | 02.05.2016
Gəncədə “CinemaPlus” açıldı:  Amerika popkornu, VİP salon və “Ekipaj” filmi - FOTOLAR

Gəncədə “CinemaPlus” açıldı: Amerika popkornu, VİP salon və “Ekipaj” filmi - FOTOLAR

İlk dəfə Gəncə şəhərində yeni və müasir standartlara cavab verən "CinemaPlus" Premium kinoteatrı istifadəyə verilib. 

ANN.Az xəbər verir ki, kinoteatrın açılışında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, deputat Naqif Həmzəyev,  "CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə və başqaları iştirak ediblər.

 "CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə çıxışı zamanı kinoteatrın açılışının tarixi gün adlandırıb: "Bu gün həm Azərbaycan, həm də Gəncə üçün tarixi bir gündür. Hələ Sovetlər dövründə Azərbaycanın ən böyük ikinci şəhəri olan Gəncədə 12 kinoteatr var idi. Amma son 20 ildə bu kinoteatrların çoxu fəaliyyətini dayandırıb. Biz isə yenidən kinoteatrların sayını artırmağa qərar vermişik və bu gün Gəncə şəhərində  "CinemaPlus” kinoteatrının rəsmi açılışını keçiririk".

 
 
Zaur Darabzadə
"CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru

461 yer və 5 zaldan ibarət olan kinoteatr ən yeni texnika, eləcə də avadanlıqlarla təchiz olunub. Kinoteatrda filmlər Azərbaycan və rus dillərində olacaq. Bütün dünyada yayımlanan ən son filmlər Gəncə də izlənəcək. Baş direktorun sözlərinə görə, kinoteatrda filmlərlə yanaşı qala gecələri və təqdimatlar da keçiriləcək: "Bu o deməkdir ki,  hər hansı bir filmin təqdimatı Gəncə də təşkil olunacaq və həmin filmin aktyorları burada da olacaqlar”. 
 

Zaur Darabzadə bu filmlər haqqında məlumat verməyəcəyini, hələlik bunu sirr olaraq saxladığını deyib: "Kinoteatr fəaliyyətində ən böyük rola malik popkornlardır. Bu gün burda gördükləriniz  dünyanın ən dadlı Amerika istehsalı olan popkornlarıdır. Kinoteatrda ümumi beş zal fəaliyyət göstərir. Onlardan biri VİP, qalan 4-ü adi zaldır. VİP zalda hər cür şərait, eləcə də telefon üçün cərəyan enerjisinin doldurulmasına imkan var. Bu kinoteatr digərlərindən ona görə fərqlənir ki, bura tarixi məkan sayılan Gəncədir. Ən əsası da odur ki, bu kinoteatrın ərsəyə gəlməsində biz, dünyada 500-dən çox kinoteatrın dizayn işlərini reallaşdıran Kanadanın "Mesbur Smith Architects" şirkəti ilə birgə çalışmışıq. Biz düşünürdük ki, bu kinoteatr Gəncə üçün ən yaxşı kinoteatr olmalıdır. Ona görə də çalışdıq ki, ən keyfiyyərli  şirkətlərlə əməkdaşlıq edib, gözəl nəticə ortaya qoyaq. "Xəmsə Park” layihəsinə də öz təşəkkürümüzü bildirmək istərdim. Biz burada kinoteatr tikən zaman heç planlarımızda yox idi ki, bu ərazinin ətrafında Gəncə bulvarı salınacaq. Çox sevindik ki, Gəncə bu il "Avropanın gənclər paytaxı" elan olunub. Bundan əvvəl bir neçə gənclər paytaxtı seçilən şəhərlərdə olmuşam, ona görə bildirmək istərdim ki, bu, çox önəmli hadisədir. Xüsusən də, Gəncə gəncləri üçün çox əhəmiyyətlidir".


Elmar Vəliyev
Gəncə Şəhər icra başçısı

Gəncə şəhər icra başçısı Elmar Vəliyev yeni kinoteatrın açılışını gənclər üçün əlamətdar hadisə kimi dəyərləndirib: "Yeni açılmış "CinemaPlus” kinoteatrı gənclər üçün daha çox önəmlidir. Gəncə şəhəri Avropanın Gənclər paytaxtı seçililib. May ayının 3-dən 5-nə kimi şəhərimizdə Avropa  Gənclər paytaxı layihəsinin ilk açılış mərasimi baş tutacaq, böyük festival keçiriləcək. Şəhərimizə 200-dən çox Avropa və digər ölkələrin vətəndaşları gələcəklər. Bir sözlə, bu il şəhərimiz çox qaynar olacaq. Hesab edirəm ki, bu kinoteatrın açılışı da çox uyğun  vaxta təsadüf edib. Bundan başqa bizim bu ilin sonuna kimi plana uyğun olaraq 3 "Cinema Park"ımız fəaliyyət göstərəcək. 2017-2018-ci illərdə "Gəncə Mall" böyük ticarət mərkəzi istifadəyə veriləcək. Orada bu cür 5-dən artıq kinoteatr fəaliyyətə başlayacaq”.
 


 

Layihənin həyata keçməsində xüsusi rolu olan Faiq gələcək planlar haqqında danışıb: "Gələcəkdə daha da geniş layihələr həyata keçirəcəyik. Yeni açılmış kinoteatrda dünyada keyfiyyətli işləri ilə çox tanınan şirkətlərlə birgə çalışmışıq. Bura gələn bütün qonaqlara öz təşəkkürümüzü bildiririk". 




Milli Məclisin üzvü Naqif Həmzəyev də yeni "CinemaPlus” kinoteatrının açılışı münasibətilə bütün gəncəliləri təbrik edib: "Hamımız üçün arzuolunan haldır ki, bizim də öz kinomuz olsun. Biz də asudə vaxtlarımızı kinoteatrlarda keçirə bilək. Biz bunu həmişə arzu olaraq desək də, bu gün arzumuz yerinə yetdi. Xüsusilə də Avropanın gənclər paytaxtı olan Gəncədə, bu kinoteatrın açılışı bizləri çox sevindirir. Bu Gəncə şəhər rəhbərliyinin birbaşa olaraq, gənclərə ayırdığı diqqətin bariz nümunəsidir. Digər regionlardan fərqli olaraq Gəncənin belə bir xüsusiyyəti var ki, ən son texnologiya bizim şəhərimizə gəlməlidir. Bu ənənəyə sadiq qalaraq, bu kinoteatrın tikintisində ən müasir texnologiyalardan istifadə edilib. Ümidvarıq ki, ən populyar filmləri ilk olaraq Gəncə şəhərinə nümayiş etdiriləcək".

Gəncədə yeni istifadəyə verilmiş "CinemaPlus" kinoteatrında biletlərin qiyməti aşağıdakı kimidir: 


Fotolar müəllifindir.


Daha sonra kinoteatrın açılışı münasibətilə xüsusi effektler əsasında çəkilmiş "Ekipaj” və digər filmlərin ictimaiyyət və KİV nümayəndələri üçün nümayişi keçirilib.

"Ekipaj” filmin rejissoru Nikolay Lebedevdir. Baş rollarda – Danila Kozlovskiy, Vladimir Maşkov, Aqne Qrudite və Katerina Şpiça çəkilib. 
 
"Ekipaj” gənc və istedadlı təyyarəçi Aleksey Quşin haqqında bəhs edir. O, mənasız əmri yerinə yetirmədiyi üçün hərbi aviasiyadan qovulur, lakin gənc oğlan mülki təyyarələrdə uçmaq şansı əldə edir. Həmkarı, ikinci pilot –gözəl Aleksandra ilə birlikdə o, çox ciddi və prinsipial komandir Leonid Zinçenkonun rəhbərliyi altında sıfırdan yeni uçuş həyatını başlayır. Lakin yüzlərlə insanın həyatının xilasedilməsi söhbəti düşəndə hər şey ikinci plana keçir. Hər üçünun dünyanın kənarında alov, kül və qorxu hökmranlıq etdiyi zaman,sağ qalmaq və yüzlərlə həyatı xilas etmək üçün yeganə şansı – birgə hərəkət etməkdir.

Orxan Aslanlı

 





























www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb