Gömrük Məcəlləsinə dəyişiklik edildi

17:16 | 28.10.2016
Gömrük Məcəlləsinə dəyişiklik edildi

Gömrük Məcəlləsinə dəyişiklik edildi

"Gömrük Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunaraq qəbul edilib. 

ANN.Az Report-a istinadən xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi məqsədi ilə qısa idxal bəyannaməsi əsasında malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasında yaşıl, mavi sarı və qırmızı dəhliz buraxılış sistemləri tətbiq olunacaq.

Məcəlləyə edilən əlavəyə əsasən, gömrük sərhəd buraxılış məntəqələrində "Yaşıl dəhliz” və digər buraxılış sistemlərinin tətbiqi ilə əlaqədar müvafiq infrastruktur yaradılmalı və xüsusi ayrılmış hərəkət zolaqları müəyyən edilməlidir.

"Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə olunmaqla mallların və nəqliyyat vasitələrinin gömrük sərhəddindən keçirilməsi üçün xarici ticarət iştirakçılarının risk qruplarının müəyyənləşdirilməsi meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdiriləcək. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb