Günəşdə qəfil geomaqnit qasırğası

20:21 | 19.09.2014
Günəşdə qəfil geomaqnit qasırğası

Günəşdə qəfil geomaqnit qasırğası

Bu gün Günəşdə qəfil geomaqnit qasırğası baş verib. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev bildirib. Onun sözlərinə görə, nəticədə əsas indekslərdən biri olan Kp-nin qiyməti 5-ə qalxıb (maksimum qiymət 9-a bərabərdir): “Bundan əvvəlki günlərdə aparılan monitorinq “kosmik hava”nın nisbətən sakit olmasını göstərirdisə, 19 sentyabr tarixində səhər saat 7-10 arası G1 kateqoriyalı geomaqnit qasırğası generasiya olunub”. E. Babayev deyib ki, qasırğaya səbəb Planetlərarası Maqnit Sahəsinin (PMS) qəfil fluktuasiyaları olub: “Planetlərarası Maqnit Sahəsi cənub istiqamətini göstərib, bununla da yüklü zərrəciklərin Yerin maqnitosferinə asan daxil olmasına əlverişli fiziki şərait yaradıb. Günəş küləyi isə “oda yağ qatıb”. Geomaqnit həyəcanlanmasının gün ərzində fasilələrlə davam edəcəyi gözlənilir. Şimal en dairəsində yerləşən ölkələrin sakinləri artıq gözəl təbiət hadisəsi olan Qütb Şəfəqini müşahidə ediblər. Hazırda Günəş səthində 75 ləkə müşahidə oluna da, onlar nisbətən passivdir. Günəş diskində isə yüksək sürətli plazma küləyinin və həyəcanlanmanın mənbələrindən olan tac dəlikləri müşahidə olunmur.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM