“Google Chrome”da səs axtarışa vermək olacaq

19:36 | 27.11.2013
“Google Chrome”da səs axtarışa vermək olacaq

“Google Chrome”da səs axtarışa vermək olacaq

Kompüter və noutbuklar üçün “Google Chrome” brauzerində səs axtarış sistemi istifadəyə verilib. “Google Voice Search Hotword” genişlənməsinin beta-versiyasını şirkətin rəsmi internet mağazasından yükləmək olar.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, genişlənməni quraşdırdıqdan sonra istifadəçilərə “Google.com” səhifəsini açmaq və "OK, Google" demək təklif edilir. Bundan sonra axtarılan söz və ya ifadəni söyləmək lazımdır.

Bundan başqa, yeni xidmətin köməyi ilə xatırlatma, həmçinin on dəqiqəlik taymer quraşdırmaq olar.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM