Gürcüstanda Saakaşviliyə yeni ittihamlar

17:45 | 27.11.2014
Gürcüstanda Saakaşviliyə yeni ittihamlar

Gürcüstanda Saakaşviliyə yeni ittihamlar

Gürcüstan Baş Prokurorluğu ölkənin sabiq prezidenti Mixail Saakaşviliyə qarşı yeni ittiham irəli sürüb.

ANN.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, 2006-cı ildə bankir Sandro Qirqvilianinin ölümündə təqsirli bilinir.

Sənəddə qeyd edilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təklifi əsasında ölkənin Baş Prokurorluğu tərəfindən aparılan araşdırmanın nəticəsi olaraq işin sistem cinayəti olduğu müəyyənləşib. Qeyd edək ki, bu ilin martında eks prezident 2008-ci ildə Daxili İşlər Nazirliyinin konstitusion təhlükəsizlik departamentinin dörd yüksək səviyyəli əməkdaşını əfv etməsi faktı ilə bağlı  şahid qismində dindirilib. Həmin şəxslər 2006-da bankirin ölümündə fiqurant olduqları üçün 6 il azadlıqdan məhrum edilmişdilər.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb