Ə.Zeynallı müraciətində sahibkarlardan birinin üzləşdiyi problemi qabardıb.
"Həsən Həsənov adlı sahibkar "Dünən "Günaybank"dan sahibkarlara verilən pulu almağa getmişdim. Verilən puldan tutulmaqla çek kitabçasını məcburi 20 manata mənə satdılar, üstəgəl, 1.5% əməliyyat pulu tutdular. "Günaybank"ın 1 saylı şöbəsi bu çek kitabçasını məcburi qaydada 20 manata vətəndaşlara sırıyır. Bu şöbə "Binə" ticarət mərkəzində yerləşir və "Günaybank" koronavirusdan sui-istifadə edərək vətəndaşları aldadır. 16.04.2020-ci ildə pul alanlara bu çek verilməyib, 17.04.2020-ci ildən məcburi verilir. Xahiş edirəm, bunu işıqlandırasınız” yazır” – Ə.Zeynallı bildirib. /pravda.az
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !