Gürcülər TAP-dan ucuz qaz gözləyirlər

18:18 | 20.05.2016
Gürcülər TAP-dan ucuz qaz gözləyirlər

Gürcülər TAP-dan ucuz qaz gözləyirlər

"Layihənin qiymət siyasəti artıq razılaşdırılıb”.

Gürcüstan Trans-Adriatik qaz kəməri layihəsindən (TAP) investisiya qoyuluşunun artmasını, enerji təhlükəsizliyinin güclənməsini, stabil tariflər və əlavə həcmdə ucuz qaz gözləyir.

Oxu.Az xəbər verir ki, bunu Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili "Kommersant” nəşrinə müsahibəsində deyib.

"Gürcüstan ərazisində iki kompressor stansiyası tikiləcək. Belə ki, TAP layihəsi çərçivəsində "Şahdəniz” konsorsiumu tərəfindən idarə olunan Bakı-Ərzurum qaz kəmərindən istifadə olunacaq.

Gürcüstan ərazisində həyata keçirilən işlərin məhdudlaşdırılmasına baxmayaraq, satınalmaların dəyəri 400 milyon dollar təşkil edəcək. Bu işlərə 1000-ə yaxın insanın cəlb olunacağı gözlənilir”, - Mariam Valişvili bəyan edib.

Qaz tariflərinə gəlincə, M.Valişvili qeyd edib ki, layihənin qiymət siyasəti artıq razılaşdırılıb.

"Bizim "Şahdəniz” konsorsiumu ilə mövcud olan əməkdaşlığımız davam edəcək.

Fərq yalnız ondan ibarətdir ki, bu gün biz ölkəmizin ərazisindən keçən qazın 5%-i güzəştli şərtlərlə alırıq ki, bu da 300 milyon kubmetr qaz təşkil edir. 

TAP layihəsi istismara verildikdən sonra bu rəqəm 800 milyon kubmetrədək artacaq.

Söhbət böyük həcmdə resursdan gedir. Bu resurs Gürcüstanın enerji təhlükəsizliyini uzun illər təmin edəcək”, - Mariam Valişvili bəyan edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM