Gürcüstan parlamentinə Novruz bayramı ilə bağlı çağırış edilib

23:59 | 24.06.2021
Gürcüstan parlamentinə Novruz bayramı ilə bağlı çağırış edilib

Gürcüstan parlamentinə Novruz bayramı ilə bağlı çağırış edilib

Gürcüstan azərbaycanlıları Novruz bayramı gününün istirahət günü elan edilməsi ilə bağlı parlamentə müraciət təqdim ediblər”.

"Report”un yerli bürosu xəbər verir ki, bunu qanunverici orqanın müstəqil deputatı Tariel Nakaidze plenar iclasda ombudsmanın illik hesabatının təqdimatından sonra çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu təşəbbüsün dəstəklənməsi vacibdir.

Parlament üzvü Gürcüstanda yaşayan milli azlıqların üzləşdiyi problemlərə də toxunub. O, qanunverici və icra hakimiyyətlərinin bəzi nümayəndələrinin etnik azlıqların yaşadıqları bölgələrdə baş verən proseslərlə bağlı diskriminativ bəyanatlarla çıxış etdiklərini bildirib.

Tariel Nakaidze həmçinin Gürcüstan qanunvericiliyinə azlıqların mədəni narrativinin daxil edilməsinin vacibiyini də vurğulayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM