Gürcüstan prezidenti: “Gürcüstan Avropa İttifaqının üzvü olacaq”

14:33 | 09.05.2016
Gürcüstan prezidenti: “Gürcüstan Avropa İttifaqının üzvü olacaq”

Gürcüstan prezidenti: “Gürcüstan Avropa İttifaqının üzvü olacaq”

Gürcüstan prezidenti Georgi Marqvelaşvili Tbilisidə Opera və Balet Teatrında Avropa Gününə həsr olunmuş tədbirdə Gürcüstanın "Avropa ailəsi” istiqamətində addımladığını bildirib.
 
APA-nın məlumatına görə, G. Marqvelaşvilinin çıxışı rəsmi saytında yerləşdirilib.
 
G. Marqvelaşvili deyib ki, Gürcüstan 25 il əvvəl azad olmaq üçün müstəqillik qazanıb, hələ də bu istiqamətdə addımlayır: "Bizim dəyərlərimiz və Avropa cəmiyyətinin dəyərləri eynidir. Cəmiyyət və ölkənin siyasi rəhbərliyi "Avropa ailəsi” istiqamətində  dəqiq və qətiyyətli addımlar atır. "Gürcüstan Avropa İttifaqının üzvü olacaq, mən buna əminəm”. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb