Gürcüstanda son sutkada daha 45 nəfərin koronavirusla bağlı testinin nəticəsi pozitiv çıxıb, 6 pasiyent sağalaraq evə buraxılıb.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Saölamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a yoluxma hallarının sayı 1 729-a çatıb. Sağalanların sayı 1 321 nəfər, vəfat edənlərin sayı isə 19 nəfər təşkil edir.
Qeyd edək ki, ötən gün qonşu ölkədə koronvirusa sutkalıq yoluxma göstəricisi 34 olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !