Gürcüstanda peşə məktəbləri bu gündən açıldı

14:24 | 06.07.2020
Gürcüstanda peşə məktəbləri bu gündən açıldı

Gürcüstanda peşə məktəbləri bu gündən açıldı

Bu gündən etibarən Gürcüstanda peşə məktəblərində tədris prosesi bərpa olunur.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin mətbuat xidməti açıqlama verib. Nazirliyin məlumatına görə, ümumilikdə 70 özəl və dövlət peşə məktəbində yoxlamalardan sonra tədris prosesinin başlanılmasına icazə verilib.

Bildirilib ki, nazir Tamar Kitiaşvili bəzi peşə məktəblərinin yoxlamalarında şəxsən iştirak edib. Onun sözlərinə görə, peşə məktəblərində tələbələrə təhlükəsiz mühitin yaradılması üçün bütün tələblər qarşılanıb.

Xatırladaq ki, martın sonunda Gürcüstanda koronavirusun yayılması ilə əlaqədar olaraq bütün təhsil müəssisələri distant təhsilə keçmişdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb