Gürcüstanın baş naziri Bakıya gəlir

10:27 | 25.08.2018
Gürcüstanın baş naziri Bakıya gəlir

Gürcüstanın baş naziri Bakıya gəlir

Gürcüstanın Baş naziri Mamuka Baxtadze avqustun 30-da Azərbaycana səfər edəcək.

Gürcüstanın hökumət dəftərxanasından Report-a bildirilib ki, səfər iki gün davam edəcək.

Səfər çərçivəsində Gürcüstan hökümətinin başçısı Bakıda bir sıra yüksək səviyyəli görüşlər keçirəcək. Bu görüşlərdə iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, dünyada və regionda gedən proseslər, irimiqyaslı enerji və struktur layihələrinin inkişaf perspektivləri müzakirə olunacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM