Habil Əliyevin oğlu: “Atamın vəziyyəti elə də yaxşı deyil”

10:32 | 06.06.2014
Habil Əliyevin oğlu: “Atamın vəziyyəti elə də yaxşı deyil”

Habil Əliyevin oğlu: “Atamın vəziyyəti elə də yaxşı deyil”

Tanınmış kamança ifaçısı, Azərbaycanın xalq artisti Habil Əliyevin oğlu Rəvan Habiloğlu atasının səhhətindəki son vəziyyətlə bağlı AzNews.az-a açıqlama verib.
R. Habiloğlu deyib ki, atasının vəziyyəti orta ağır qiymətləndirilib: “Həkimlər müalicənin evdə aparılmasını məsləhət biliblər. Səhhətində problem yaranan kimi iki gün xəstəxanada müalicə olundu. Sonra həkimlər onu evə buraxdılar. Vəziyyəti elə də yaxşı deyil”. 
Xatırladaq ki, Azərbaycanın xalq artisti, məşhur kamança ifaçısı Habil Əliyev səhhətində yaranan problem səbəbindən iki gün əvvəl Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib. Xalq artistinin ağciyərində və tənəffüs borusunda problem olduğu bildirilir.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti