Hadı Rəcəblinin namizəd olduğu dairədə seçki pozuntusu - FOTOLAR

18:13 | 09.02.2020
Hadı Rəcəblinin namizəd olduğu dairədə seçki pozuntusu - FOTOLAR

Hadı Rəcəblinin namizəd olduğu dairədə seçki pozuntusu - FOTOLAR

Bu gün Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçirilir.
 
Anews.az xəbər verir ki, seçki zamanı bir çox məntəqələrdə və dairələrdə saxtakarlığa yol verən hadisələr baş verib.
 
Müşahidəçi və vətəndaşlar Lənkəranda 74 saylı seçki dairəsində baş verən pozuntular barədə bir çox yerdə paylaşımlar ediblər.

Onların sözlərinə görə Girdəni kənd mədəniyyət evində seçki məntəqəsində icra başçısının müavini Möhübbət Babayev,  icra nümayəndəsi Şirin xanım, bələdiyyə sədri Mahir Hüseynov və Məntəqə sədri Fizuli Şabanov məntəqə daxilində bir otağa girib seçki prosesinə dair göstərişlər verirlər.
 
Saxtakarlıq üçün bütün məntəqələrə adam göndərirlər. Şahidlər həm də onu bildiriblər ki, hökumət işçiləri, müəllim, həkim, hərbiçi hamısı  məcburi formada Hadı Rəcəbliyə səs verib.

Qeyd edək ki, 74 saylı Lənkəran seçki dairəsindən Hadı Rəcəbli uzun illərdir Milli Məclisin deputatıdır. 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb