Hakan Şükür: "Türkiyə prezidentinin yanındayam"

11:30 | 25.08.2016
Hakan Şükür:

Hakan Şükür: "Türkiyə prezidentinin yanındayam"

"Mən belə olduqlarını bilmirdim. Prezidentin yanındayam".

"Report" "Sabah" qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyə futbol millisinin keçmiş futbolçusu Hakan Şükür Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı sosial şəbəkədə yazıb. 

O, ailəsindən heç kimin FETÖ-yə bağlı olmadığını, habelə bu qruplaşmanın etdiklərindən məyus olduğunu qeyd edib, dövlət çevrilişi cəhdini lənətləyib, şəhidlərə rəhmət diləyib.
Qeyd edək ki, Hakan Şükürün Türkiyədəki daşınmaz əmlakının müsadirə edilməsi haqda sanksiya verilib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM