Trampın andiçmə mərasimi yanvarın 20-də keçiriləcək - Yenilənib

18:53 | 06.11.2024
Trampın andiçmə mərasimi yanvarın 20-də keçiriləcək - Yenilənib

Trampın andiçmə mərasimi yanvarın 20-də keçiriləcək - Yenilənib

ABŞ-də prezident seçkilərində qələbə qazanan Donald Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də Kapitolidə keçiriləcək.Bu barədə "USA Today” məlumat yayıb.


Mərasimdən əvvəl və sonra digər tədbirlər, o cümlədən təntənəli parad və inauqurasiya balı keçiriləcək.

 

 

 

 11:43


Donald Tramp prezident seçkilərində siyasi qələbə qazandığını elan edərək özünü ABŞ-ın 47-ci prezidenti adlandırıb.


O bildirib ki, bu, ölkənin indiyədək görmədiyi siyasi qələbədir. 
 

Donald Tramp ABŞ-ın 47-ci prezidenti seçilib. Bu barədə Reuters məlumat yayıb. 

 

Son nəticələrə görə, hazırda Tramp 65,078 min səslə Kamala Harissindən öndədir. 

 

Kamala Harris isə hazırkı nəticələrinə görə, 59,991 səs toplayıb.  


 ***

 

Hazırda ABŞ-da keçirilən prezident seçkiləriylə bağlı "The Washington Post” ilkin ehtimal nəticələri açıqlayıb.

 

Demokratların namizədi Kamala Harris seçkinin müqəddəratını həll edən əsas 7 ştatın 4-ündə - Nevada, Viskonsin, Miçiqan və Pensilvaniyada minimal liderlik əldə etməyi bacarıb.

Arizona, Corciya və Şimali Karolina ştatlarında isə Respublikaçıların namizədi Donald Tramp rəqibini qabaqlayır.

 

 21:14


Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdə səs verib.Bu barədə CNN xəbər verir.


O,həyat yoldaşı Melaniya ilə birlikdə Florida ştatının Palm Biç şəhərindəki seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

 

Səsvermədən sonra mətbuata açıqlama verən siyasətçi, seçkilərdə qalib gələcəyinə tam əmin olduğunu bildirib.


 15:56


ABŞ-da prezident seçkiləri ilə bağlı ilk səsvermə məntəqələri bir sıra ştatlarda açılıb. 


Konnektikut, İndiana, Kentukki, Meyn, Nyu-Cersi, Nyu-York və Virciniya ştatlarının seçiciləri artıq səs verə bilərlər.


İlk səsvermə məntəqələrində səsvermə Bakı vaxtı ilə 6 noyabr saat 04:00-da başa çatacaq, son məntəqələrdə isə Bakı vaxtı ilə 09:00-da.


Prezident Co Bayden oktyabrın 28-də erkən səsvermədə iştirak edib və bu məqsədlə 40 dəqiqə növbədə gözləyib. Seçkilərdən namizədliyini geri çəkdikdən sonra Kamala Harrisi dəstəkləyib.


ABŞ-da əksər seçki məntəqələri şərq vaxtı ilə təxminən saat 07:00 və ya 08:00-da (Bakı vaxtı ilə 16:00 və ya 17:00-da) açılır. Sonuncu məntəqələr Havay adalarında şərq vaxtı ilə günorta (Bakı vaxtı ilə 21:00-da) açılacaq.


ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampın dövlət başçısı seçkilərində qələbə ehtimalı 61%-dir. Bu barədə Polymarket bukmeker agentliyinin məlumatları göstərir.


Onun hesablamalarına görə, Demokratlar Partiyasından prezidentliyə namizəd olan Kamala Harrisin qalibiyyət şansı 39% təşkil edir. Keçmiş ABŞ prezidentinin qələbəsi üçün qoyulan mərclərin ümumi məbləği təxminən 1,3 milyard dollar, hazırkı vitse-prezident üçün isə 808 milyon dollardır.


Bu seçkilərdə prezident, Senatın üçdə biri və ABŞ Konqresinin Nümayəndələr Palatasının bütün üzvləri, eləcə də 11 ştatın və 2 ərazinin qubernatorları seçilir. 


Donald Tramp özü seçkilərdə "möhkəm qələbə" qazanacağını bildirib.

 

"Bu, bu ölkənin siyasi baxımdan ən böyük qələbəsi olacaq", - onun sözlərini ABŞ mediası yayımlayıb.


Tramp Miçiqanın Grand-Rapids şəhərindəki mitinqdə çıxış edərək, Demokratların namizədi Kamala Harris qələbə qazandığı halda, ABŞ-ı "daha dörd il əzab, səhvlər və fəlakətlər” gözlədiyini deyib. O, seçki kampaniyası çərçivəsində əsas vədlərini, o cümlədən digər ölkələrə qarşı gömrük rüsumlarının tətbiqi və qanunsuz immiqrantlarla mübarizə vədlərini təkrarlayıb.


Tramp, həmçinin, Kamala Harrisi "radikal sol dəli" adlandırıb və onun Ağ Evdən "çıxarılmalı” olduğunu deyib.

 

"Kamala, sən işdən çıxarıldın. Buradan çıx!" "Sən vəzifələrini pis yerinə yetirirsən, nə etdiyini bilmirsən. ...Biz istəmirik ki, sən nüvə danışıqlarına rəhbərlik edəsən, çünki "nüvə" sözünün mənasını bilmirsən", -  Tramp əlavə edib və Harrisi "iyrənc” vitse-prezident adlandırıb.


Son saatlar ərzində keçmiş prezident Şimali Karolina, Pensilvaniya və Miçiqanda mitinqlərdə çıxış edib. Bütün bu ştatlar əsas ştatlar hesab olunur. Trampın sözlərinə görə, bir il ərzində o, 900-dən çox seçki mitinqində iştirak edi.


CNN-in məlumatına görə, vitse-prezident Kamala Harris və keçmiş prezident Donald Tramp Nyu-Hempşir ştatının kiçik Diksvill-Notç şəhərciyində hərəyə üç səs toplayıb.


Səsvermədə dörd respublikaçı və iki qeyri-bəyan edilmiş seçici iştirak edib.


ABŞ və Kanada sərhədi boyunca, Nyu-Hempşir ştatının şimal ucunda yerləşən şəhərcik, səsverməni gecə yarısından dərhal sonra açıb və bağlayıb. Bu ənənə 1960-cı ildən davam edir.

 

N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM