Harvard Universitetində bomba həyəcanı

01:44 | 17.12.2013
Harvard Universitetində bomba həyəcanı

Harvard Universitetində bomba həyəcanı

Universitetin rəhbərliyi bomba həyəcanı ilə bağlı əməkdaşları və tələbələri hər 4 korpusdan evakuasiya edib

ABŞ-ın Harvard Universitetində bomba həyəcanı yaşanıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu informasiyanı Harvard Universitetinin saytı yayıb. 

Qeyd edilir ki, ABŞ-ın Massaçusets ştatında yerləşən Harvard Universitetinin rəhbərliyi bomba həyəcanı ilə bağlı əməkdaşları və tələbələri hər 4 korpusdan evakuasiya edib. 

Təcili surətdə Universitetə gələn polislər və mütəxəssislərin araşdırmasından sonra bomba informasiyasının yalan olduğu üzə çıxıb. Hazırda bu informasiyanın hansı mənbədən qaynaqlandığı araşdırılır.

ANSPRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb