Həbsdən çıxan vitse-admiraldan - AÇIQLAMA

18:08 | 25.12.2014
Həbsdən çıxan vitse-admiraldan - AÇIQLAMA

Həbsdən çıxan vitse-admiraldan - AÇIQLAMA

"Ailəm üçün darıxmışdım. Bayram öncəsi ailəmin yanında olduğum üçün çox sevinirəm. Azadlığa çıxdığıma sevinənlərə təşəkkür edirəm”.

Ann.Az AzVision.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında açıqlamasında bu gün azadlığa buraxılan Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov deyib. 

O, bildirib ki, hazırda ailəsi ilə bir yerdədir: "Mən həmişə haqqın qələbə çalacağına inanırdım. Dövlətimizin və xalqımızın yolunda həmişə əsgər kimi dayanmağa hazıram. Çox sağ olun”.

Qeyd edək ki, Ş. Sultanov bu gün Fəxri Xiyabana gedərək Heydər Əliyevin məzarını ziyarət edəcək. Daha sonra isə vitse-admiral Şəhidlər Xiyabanında olacaq.

Xatırladaq ki, bu gün Bakı Hərbi Məhkəməsində Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunası barədə verilən vəsatətə baxılıb.

Prosesdə Ş. Sultanovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edilib və o, azadlığa buraxılıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM