Hərbçilər 20 Yanvar şəhidlərini yad edib

18:35 | 20.01.2017
Hərbçilər 20 Yanvar şəhidlərini yad edib

Hərbçilər 20 Yanvar şəhidlərini yad edib

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, mərkəzi və qarnizon zabitlər evlərində Ümumxalq hüzn günü ilə əlaqədar tədbirlər təşkil olunub.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirlərdə 20 Yanvar faciəsinin tarixi əhəmiyyəti xüsusi vurğulanaraq ümummilli lider Heydər Əliyev və Azərbaycan prezidenti İlham Əliyevin hadisələr barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasət haqqında məlumatlar verilib.
 
 
 
Anma tədbirlərində şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib, müxtəlif bölgələrdəki xiyabanlar ziyarət edilib, sərgilərə baxılıb, ədəbi-bədii kompozisiyalar və sənədli filmlər nümayiş olunub.
 
 
 
Bu gün həmçinin Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti 20 Yanvar Ümumxalq hüzn günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Hərbi qulluqçular şəhidlərin xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.
 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb