"Müharibə zamanı Azərbaycan hərbçiləri ləyaqətlə davranaraq ən yüksək insani keyfiyyətləri nümayiş etdirdilər".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışı zamanı bildirib.
"Hərbçilərimiz ləyaqətlə davranırdılar və mülki əhalinin zərər görməməsi üçün əllərindən gələni edirdilər. Erməni tərəfdən mülki əhali arasında 40-dan az itkinin olması bunu açıq şəkildə nümayiş etdirir. Biz qanunsuz olaraq məskunlaşdırılmış əraziləri azad edirdik. Ancaq hərbçilərimizin hücumları yalnız hərbi obyektlərə qarşı yönəlmişdi. Erməni tərəfdən mülki şəxs olaraq ölənlərin əksəriyyəti hərbi əməliyyatlarda özləri iştirak edirdilər. Bu səfərbər edilmiş və hərbi əməliyyatların bir hissəsi olan mülki şəxslər idi”, - prezident deyib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !