Hərbi əməliyyatlar başlayır - Rusiya və İranda qoşulur

10:57 | 05.09.2017
Hərbi əməliyyatlar başlayır - Rusiya və İranda qoşulur

Hərbi əməliyyatlar başlayır - Rusiya və İranda qoşulur

Ərazi əvvəlcə havadan bombalanacaq, sonra ...

Türkiyənin milli təhlükəsizliyini təmin etmək üçün hərbi əməliyyata başlayacaq. Bu iddialar artıq beynəlxalq beyin mərkəzlərinin gündəmindən düşmür.  Bu iddialardan biri də Türkiyənin Suriyada həyata keçirdiyi "Fərat Qalxanı" hərbi əməliyyatının ikinci mərhələsinin başlaması ilə bağlıdır. İstiPress-in məlumatına görə, bu barədə mərkəzi Rusiyada yerləşən Strateji Mədəniyyət Fondu məlumat yayıb.

Məlumata görə, əməliyyatın ikinci mərhələsində Türkiyəyə İran və Rusiya da qoşulacaq. Türkiyə şimaldan, adıçəkilən ölkələr terrorçuların olduğu İldibə cənubdan daxil olacaqlar. Əməliyyatın başlama tarixi kimi isə sentyabr göstərilib. İddiaya görə, əməliyyatlar 13-15 sentyabr tarixlərində Astanada olacaq müzakirələrin növbəti mərhələsindən sonra start götürəcək.

Beyin mərkəzinin hesabatında qeyd edilib ki, Türkiyə əməliyyatlar zamanı öz hava məkanını da pilotsuz uçan aparatlar üçün açacaq. İlk olaraq İldib havadan bombalanacaq. Daha sonra türk əsgəri şəhərə daxil olaraq ərazini terrorçulardan təmizləyəcək.

Hesabatda qeyd edilib ki, İranın hərbi əməliyyatlara qoşulması məsələsi bu ölkənin rəsmilərinin Türkiyəy səfərlərində də müzakirəyə çıxarılıb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb