Hərbi hissədə partlayış : "Yanğın o qədər güclüdür ki, hadisə yerinə yaxınlaşa bilmirik..."

11:25 | 27.08.2017
Hərbi hissədə partlayış :

Hərbi hissədə partlayış : "Yanğın o qədər güclüdür ki, hadisə yerinə yaxınlaşa bilmirik..."

Hərbi hissənin silah anbarında baş vermiş partlayışla əlaqədar hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib.

Bu barədə Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov məlumat verib.

Baş həkim qeyd edib ki, partlayışla müşayiət olunan yanğın davam etdiyindən təcili yardım maşınları əraziyə buraxılmır.

Hadisə nəticəsində yaralıların olduğu barədə məlumat daxil olduğunu deyən M. Cəlalov ehtiyac yaranacağı təqdirdə əraziyə əlavə briqadalar göndəriləcəyini bildirib.

Hadisəyə yaxın yaşayış məntəqələrindən əhali evakuasiya olunur.

Mirələm Cəlalov virtualaz.org-a onu da bildirib ki, hələlik təcili yardım briqadaları hadisə yerinə yaxınlaşa bilmir. "Yanğın o qədər şiddətlidir ki, hərbi hissənin ərazisinə yaxınlaşmaq mümkün deyil. Bu səbəbdən hələlik yaralıların və ölənlərin olub-olmadığı haqda heç bir məlumat yoxdur. Gözləyirik"-o bildirib.

*   *   *10:42
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti təcili məlumatla çıxış edib.

Məlumatda deyilir: "Bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında yanğın baş verib. Nəticədə ərazidə partlama müşahidə olunub. Hadisənin səbəblərinin öyrənilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə aidiyyəti strukturların nümayəndələrindən ibarət qrup hadisə yerindədir.

İndiyə olan məlumata görə həlak olan və xəsarət alan yoxdur."

Sosial şəbəkələrdə yayılan məlumatlara görə partlayış hərbi hissənin "Qrad" raketləri saxlanılan anbarında baş verib. Xəbər yenilənəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM