Hollandiya penaltilər seriyasında Kosta-Rikaya qalib gəldi

11:00 | 06.07.2014
Hollandiya penaltilər seriyasında Kosta-Rikaya qalib gəldi

Hollandiya penaltilər seriyasında Kosta-Rikaya qalib gəldi

1/4 finalın sonuncu oyununda Hollandiya və Kosta-Rika yığmaları qarşılaşdılar. 

Oxu.Az xəbər verir ki, “narıncılar” daha çox topa nəzarət edirdilər, daha çox təhlükəli vəziyyətlər yaradırdılar, daha çox qapıya zərbə endirirdilər, hətta bu zərbələrdən üçü qapı tirinə tuş gəldi. 

Lakin bütün səylərə baxmayaraq hollandlar Kosta-Rikanın qapısına nə əsas, nə də ki əlavə vaxtda yol tapa bilmədilər. Kosta-Rikanı qapıçısı Navasın oyununu da xüsusi qeyd etmək lazımdır. 

Əlavə vaxtın son saniyələrində Lui Van Qal penaltilər seriyasına əsas qapıçı Silessenin Tim Krul ilə əvəzlədi.

Bu əvəzləmə özünü doğrultdu. Krul iki 11-metrlik zərbəni (Brayan Ruis və Umanya) dəf etdi və Hollandiya penaltilər seriyasında 4:3 hesabı ilə qələbə qazandı.

Yarımfinalda hollandlar Arqentina yığması ilə qarşılaşacaq. 

Oxu.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb