Hollandiya Parlamentində 1915-ci il hadisələrini qondarma "soyqırım” kimi tanıyan qanun layihəsi səsverməyə çıxarılıb.
Sputnik xəbər verir ki, səsvermədən öncə xarici işlər nazirinin vəkili Siqrid Kaaq çıxış edərək bu məsələdə BMT və ya beynəlxaq məhkəmələrin qərarı olmadığı üçün hökumətin qanun layihəsinə yaxşı baxmadığını bildirib.
Lakin, bu çıxışa baxmayaraq səsvermə nəticəsində qanun layihəsi qəbul olunub.
Qeyd edək ki, Türkiyə hökuməti dəfələrlə 1915-ci il hadisələrini araşdırmağı təklif edib, hətta bununla əlaqədar müstəqil komissiyanın yaradılmasının tərəfdarı olduğunu bildirib. Lakin Ermənistan hər dəfə arxivlərini açmağa hazır olmadığını bəyan edib.
Xatırladaq ki, 1905-ci il hadisələrini "erməni soyqırımı” kimi tanımaq təklifi koalisiya hökumətinin ortağı olan Xristian Birliyi Partiyası (CU) tərəfindən verilib. Bu təklif digər 3 hökumət partiyası tərəfindən də dəstəklənib. Aprelin 24-də İrəvanda keçiriləcək "soyqırımı anma mərasimi”nə ilk dəfə nazir səviyyəsində təmsilçi göndərilməsi də nəzərdə tutulub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !