Hollivud ulduzu ölümdən son anda qurtuldu

16:49 | 13.01.2014
Hollivud ulduzu ölümdən son anda qurtuldu

Hollivud ulduzu ölümdən son anda qurtuldu

Havay adalarına istirahətə gedən məşhur Hollivud aktrisası Enn Heteuey ölümdən son anda qurtulub. 
ANN.Az-ın "Utro.ru"ya istinadən xəbərinə görə, insident Oaha ada rayonunda baş verib: dənizdə çimən 31 yaşlı aktrisa suda batmağa başlayıb, əri uzaqda olduğundan onun səsini eşitməyib. Köməyə yaxınlıqda sörfinqlə məşğul olan bir nəfər çatıb, o, suda çırpınan və qışqıran qadının səsini eşidib. 
Heteueyi sahilə çatdıranda mərcan riflərinə çırpıldığından ayağı ciddi şəkildə yaralanıbmış, ona ilkin tibbi yardım göstərilib. Aktrisanın həyatını xilas edən şəxsin kimliyi açıqlanmayıb. 
Oaha adası Havay arxipelaqanda insanların ən çox məskunlaşdığı bölgədir, turistlər arasında da çox məşhurdur. Burada "Yura dövrü parkı", "Perl Harbor", "Sağ qalmaq" kimi məşhur serial-filmlər çəkilib. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb